XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya diplomatları Qafana gələcəklər

 

Rusiya diplomatları sentyabrda konsulluğun açılması məsələsi ilə bağlı Qafan şəhərinə gələcəklər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib. “Qafanda Rusiya Baş Konsulluğunun genişmiqyaslı açılışına fəal şəkildə hazırlaşırıq. Bu təşəbbüs mayın 25-də Moskvada keçirilən görüşdə liderlərimiz tərəfindən bəyənilib. Sentyabr ayında Rusiya diplomatları bölgəyə səfər edəcək, onlar əməliyyat məsələləri ilə birbaşa məşğul olacaqlar”, – o bildirib.

 

About Author