XƏBƏRLENTİ

xeberlenti.com

Portuqaliyada meşə yanğınları ilə mübarizə davam edir

Portuqaliyanın Odemira şəhəri yaxınlığında başlayan meşə yanğınları ilə əlaqədar 19 kənd, 4 yaşayış məntəqəsi və bir düşərgə boşaldılıb.

Xeberlenti.com xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, isti hava ilə əlaqədar baş verən yanğınlar hələ də davam edir.

Şənbə günündən bəri davam edən yanğınlar güclü külək nəticəsində ölkənin turizm bölgələrinə doğru irəliləyib.

Qeyd edək ki, görülən tədbirlər zamanı 9 yanğınsöndürən xəsarət alıb.

Ərazidə yanğın söndürmə və xilasetmə tədbirləri davam etdirilir.

About Author