ABŞ dövlət katibi Entoni Blinken üsyançılar tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Niger prezidenti Məhəmməd Bazumla telefon danışığı apararaq, Afrika ölkəsindəki böhranın sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.
Xeberlenti.com xəbər verir ki, o bu barədə Tvitterdə yazıb.
“Mövcud konstitusiya böhranının sülh yolu ilə həllində davamlı səylərimizi ifadə etmək üçün Niger Prezidenti Bazum ilə danışdıq”, – o deyib.
Blinken həmçinin, Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançıları prezidenti və ailəsini dərhal azad etməyə çağırıb.