XƏBƏRLENTİ

xeberlenti.com

“Xəzər TV”dən ŞOK “TRANSFERLƏR”: Kanal kimləri geri qaytarır?

“Xəzər TV” bu il böyük transferlərlə yeni televiziya mövsümünü başlamaq niyyətindədir. 

Artıq ATV-nin keçmiş aparıcısı Vüsalə Əlizadənin “Xəzər”ə keçdiyi təsdiqlənib. Onun hansı proqramla efirə çıxacağı hələ məlum deyil.

Qeyd edək ki, “7 canlı”nın eks aparıcısı sezonu yekunlaşdırmadan “Xəzər”ə aparılıb. Bununla da hazırda “Xəzər TV”nin efiri demək olar ki, keçmiş ATV simalarından ibarətdir: Mətanət Əliverdiyeva, Aytən Səfərova, Afaq Gəncəli, Lalə Azərtaş, İlkin Həsəni, İslam Mehrəliyev və digərləri. Hətta ATV ilə əməkdaşlıq edən bir çox aktyorlar da “Xəzər”lə son illər ərzində ekskluzivlik barədə müqavilə imzalayıblar.

Amma görünür, “Xəzər” bununla dayanmaq niyyətində deyil. Növbəti transferlərdən biri də bu dəfə ARB-dən gözlənilir. Bu günlərdə Zaur Kamalın Murad Dadaşov ilə restoranlardan birindən bir neçə dəqiqəlik fərqlə çıxdığının şahidləri var. Onların qapalı məkanda nə danışdıqları məlum deyil. Lakin bəzi mənbələrə görə, “Xəzər”in transfer siyasəti vaxtilə özünün uzaqlaşdırdığı əməkdaşları qaytarmağa yönəlib. Adının hallanmasını istəməyən mənbələr “Xəzər”in hazırkı çətin maliyyə durumunu düzəltməsi üçün kanal rəhbərliyi Xoşqədəm Hidayətqızı və Zümrüd Bədəlovanı da qaytarmağa cəhd göstərir.

About Author