Havay adalarından birində Maui adasında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
Xeberlenti.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi ştatın qubernatoru Coş Qrinə istinadən məlumat yayıb.
Məlumata görə, yanğın ABŞ-də bir əsrdən artıq müddətdə baş vermiş bütün yanğınlar arasında ən çox insan itkisinə səbəb olub.
Daha əvvəl 80-ə yaxın öldüyü bildirilirdi.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını avqustun 9-da başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda Lahaina şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb.