Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Həsən Kərimov işdən azad olunub.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.
A.Zeynalovun digər sərəncamı ilə Həsən İbrahim oğlu Seyidov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini təyin edilib.
O, eyni zamanda nazirin vəzifələrini də müvəqqəti icra edəcək.