XƏBƏRLENTİ

xeberlenti.com

Putin yaxın günlərdə Türkiyəyə SƏFƏR EDƏCƏK

Türkiyə hökuməti taxıl müqaviləsini bərpa etmək üçün diplomatik işi gücləndirib.

Bu barədə Türkiyənin “Milliyet” qəzeti yazıb.

Qeyd olunub ki, Rusiya Prezidenti Vladimir Putin yaxın günlərdə Ankaraya səfər edəcək.

Səfərin dəqiq tarixi açıqlanmır.

Bu, Putinin Ukraynada müharibənin başlamasından sonra NATO-ya üzvü olan ölkəyə ilk səfəri olacaq.

Xatırladaq ki, avqustun əvvəlində Kreml Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında mümkün görüşə hazırlığı təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iki ölkə liderlərinin görüşünün Türkiyədə keçiriləcəyini bildirib. Türkiyə Prezidenti bunun avqustda baş tutacağını gözləyir. Mətbuat iki ölkə liderlərinin avqustun sonu və ya sentyabrın əvvəlində görüşəcəyini yazıb.

About Author