XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan diplomatları IV Yay Düşərgəsinin qonağı olublar –

Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində təşkil edilən növbəti panel “Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri” mövzusuna həsr olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən paneldə Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Xarici İşlər Nazirliyinin Linqvistik təminat idarəsinin rəisi Rizvan Nəbiyev iştirak ediblər.

Vilayət Quliyev “Heydər Əliyevin mədəniyyət diplomatiyası”, Fəxrəddin İsmayılov “Azərbaycanın Avropa Şurasına üzvlüyü ulu öndər Heydər Əliyevin siyasi mirasıdır”, Rizvan Nəbiyev isə “Post-münaqişə dövründə yeni geosiyasi reallıqlar” mövzularında çıxış ediblər.

Daha sonra debat şəklində davam edən panel zamanı düşərgə iştirakçıları xarici siyasət və geopolitika ilə bağlı çoxlu suallar ünvanlayıb, peşəkar diplomatların müxtəlif məsələlərə münasibətini öyrəniblər.

About Author