XƏBƏRLENTİ

xeberlenti.com

Astarada dənizdə batan 26 yaşlı oğlanın meyiti tapılıb

Xəzər dənizində batan şəxsin meyiti tapılıb.

Hadisə avqustun 15-də Xəzər dənizinin Astara rayonunun Şahağacı kəndinə aid hissəsində qeydə alınıb.

Belə ki, rayon sakini, 1997-ci il təvəllüdlü Hüseynağa Səmədov dostu ilə dənizdə çimərkən boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən avqustun 16-da aşkarlanaraq sahilə çıxarılıb.

About Author