XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıtda zəhərlənənlərdən doqquzu evə buraxıldı

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən doqquzu ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən bildirilib ki, üç nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir:

“Onların vəziyyətləri qənaətbəxşdir, həyati təhlükələri yoxdur”.

Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir və sexin birəyə qarşı dərmanlanmasından sonra zəhərləniblər.

About Author