“İsveçin NATO-ya üzvlük protokollarının Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilməsi və prosesin həlli bu ölkənin vədlərinə sadiq qalmasına bağlıdır”.
Bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.Onun sözlərinə görə, bu məsələyə Türkiyə parlamenti qərar verəcək: “Məsələnin parlamentimizdə nə qədər müzakirə olunacağını bilmirik. İsveç hər şeydən əvvəl Stokholm küçələrinə nəzarət etməlidir. Əgər bunu etməsələr, müqəddəs saydıqlarımıza hücum etsələr, onda inciməsinlər”.