Moskvaya uçan 50-yə yaxın təyyarə digər hava limanlarına yönləndirilib.
Bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.
Məlumata əsasən, 45 sərnişin və 2 yük reysi Nijni Novqorod, Kazan və Sankt-Peterburqun alternativ hava limanlarına yönləndirilib.
Həmçinin əlavə olunub ki, hazırda Moskvanın hava məkanından istifadə ilə bağlı bütün məhdudiyyətlər aradan qaldırılıb və reyslər qısa zamanda bərpa olunacaq.