Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət səsvermə keçirilib.
Bu barədə Xeberlenti.com -a məlumat verilib.
Bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 2 namizəd – Mirzəyev Umud Rəhim oğlu (Beynəlxalq Avrasiya Mətbuat Fondu) və Qasımov Rey Kərim oğlu (“Azərbaycan Minadan Zərərçəkənlərin Assosiasiyası” İB) İctimai Şuranın üzvü seçilib.
“ANAMA yanında İctimai Şuranın 7 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi nəzərdə tutulduğundan boş qalan 5 yer üçün 26 avqust 2023-cü il tarixdə saat 10:00-dan 13:00-dək Agentliyin baş ofisində (Ünvan: İbrahimpaşa Dadaşov küç. 260 AZ1108, Bakı, Azərbaycan) namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcəkdir. Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti nümayəndələrinin seçici qismində iştirakları nəzərdə tutulub”, – məlumatda qeyd edilib.