XƏBƏRLENTİ

xeberlenti.com

Norveç şirkəti Azərbaycandakı aktivlərini satışa çıxarır – 1 milyard dollara…

“Equinor ASA” (keçmiş “Statoli”- red.) Azərbaycanın neft-qaz sektorundakı bütün payını, o cümlədən ölkənin ən böyük neft layihəsindəki aktivlərini satmağı planlaşdırır.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilir ki, Norveçin enerji nəhəngi “Jefferies Financial Group Inc.” ilə birlikdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağındakı 7,27% payının daxil olduğu aktivlərə alıcı marağını öyrənməyə çalışır.

“Müqavilə aktivləri təxminən 1 milyard dollar həcmində qiymətləndirə bilər”, – Agentlik bildirir.

BP-nin operatoru olduğu Xəzər dənizindəki AÇG yatağı Azərbaycanın ən böyük neft layihəsidir. Hökumətin məlumatına görə, bu ilin ilk 7 ayında yataqdan təxminən 10,6 milyon ton xam neft çıxarılıb.

Sözgedən layihədə həmçinin “ExxonMobil Corp.”, Azərbaycanın dövlət enerji şirkəti “SOCAR” və Yaponiyanın “Inpex Corp” şirkətləri var. Qüvvədə olan müqavilənin şərtlərinə əsasən, “Equinor” satmaq istədiyi aktivlərini ilk növbədə SOCAR-a təklif etməlidir.

“Bloomberg” yazır ki, “Equinor” aktivlərinin satışı ilə bağlı təkliflər yaxın həftələrdə verilməlidir. Hazırda müzakirələr davam edir və tezliklə konkret razılaşmanın əldə olunacağına heç bir əminlik yoxdur.

Bu məlumatı Agentliyə verən mənbə konfidensiallığı qorumağı xahiş edib.

Qeyd edək ki, “Equinor” şirkətinin Xəzər dənizindəki digər kəşfiyyat və işlənən yataqlarda, eləcə də Bakı-Tiflis-Ceyhan (BTC) neft ixrac boru kəmərində payları var.

“Equinor” və “Jefferies”in sözçüləri “Bloomberg” şərh verməkdən imtina ediblər. SOCAR-ın nümayəndəsi isə şərh sorğusuna dərhal cavab verməyib.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, 1992-ci ildən Bakıda ofisi olan və bir müddət BP ilə alyansda Bakıda fəaliyyət göstərən Norveç şirkəti Azərbaycanın neft-qaz sənayesinə nə texnologiya gətirib, nə də sənaye idarəçiliyində uğurlu bir həll təklif etməyib:“Amma hələ 90-cı illərdən sosial yatırımlar sahəsində fəaliyyətinə söz ola bilməzdi. Bir də orada çalışan azərbaycanlılar “BP-Azerbaijan” şirkətindən daha çox əmək haqqı alırdılar…”

Ekspertin sözlərinə görə, “Equinor”dövlətə bağlı şikət hesab olunur. Norveçin də Azərbaycana münasibəti soyuqolduğundan, “Equinor”un ölkəmizi əvvəl-axır tərk edəcəyi gözlənlən idi.

Ekspert əlavə edir ki, 2018-də SOCAR-ın “Equinor”la nədən 2 müqavilə imzalaması və risqləri nəzərə almaması onu təəccübləndirmişdi.

“Axı “Equinor” bir dəfə ölkəmizə qarşı qeyri-səmimi addım atmışdı: 2013-cü ilin dekabrında “Şahdəniz-2” layihəsi üzrə Azərbaycan hökuməti yekun investisiya qərarı verməyə hazırlaşarkən qəfil “Şahdəniz” layihəsini tərk etdiyini ortaya qoymuşdu. Bunu da “Şahdəniz”in növbəti fazasının kommersiya baxımından şirkətin gözləntilərinə cavab vermədiyi ilə izah etmişdi

About Author