Bakıda kafe yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Qaradağ rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı 40 m² sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.