Azərbaycanın yeniyetmə cüdoçusu Ayxan Mirzəzadə Xorvatiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
55 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 final mərhələsində tacikistanlı Loiq Kudbodinovla üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Mirzəzadə növbəti raunda yüksəlib. O, qazaxıstanlı Oralbek Bayzakla görüşəcək.