Laçında “Hocazfilm” studiyası fəaliyyətə başlayır.
Bu barədə aktyor Azər Aydəmir Baku TV-yə açıqlamasımda məlumat verib.
Laçın səfəri ilə bağlı təəssüratını bölüşən aktyor qeyd edib:
“Laçın artıq kino çəkilişləri üçün ən ideal və əlverişli məkana çevrilməkdədir. Laçının təbiəti rejissorlara orada istənilən janrda filmlər, verilişlər çəkməyə şərait yaradır”.
Studiyanın tanıtım videoçarxında çəkilmək üçün Laçına səfər etdiyini vurğulayan aktyorun sözlərinə görə, videoçarx avqustun 26-da – Laçın Şəhəri Günündə təqdim olunacaq.