Nazirlikdən bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Ermənistan hərbçiləri növbəti dəfə silahlı təxribata əl atıblar.
Müdafiə nazirliyindən verilən məlumata görə, avqustun 23-ü saat 23:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.