XƏBƏRLENTİ

xeberlenti.com

Rusiya baş naziri bu gün Ermənistana gəlir

Bu gün Rusiyanın baş naziri Mixail Mişustin Ermənistana səfər edəcək.
Bu barədə Rusiya Federasiyası hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24 və 25-də Ermənistanda olacaq.

Tədbir Rusiyanın Avrasiya İqtisadi İttifaqının orqanlarında sədrliyinin himayəsi altında keçiriləcək. Yığıncaqda İttifaq çərçivəsində inteqrasiya proseslərinin dərinləşdirilməsi məsələlərinin müzakirəsi, orta və uzunmüddətli perspektivdə İttifaqın inkişafının strateji vektorlarının müəyyən edilməsi planlaşdırılır.

About Author