Bakıdan Zərdaba qonaq gələn yeniyetmə Kürdə batıb

Bakıdan Zərdaba nənəsigilə qonaq gələn yeniyetmə qız Kür çayında batıb.

Hadisə Kür çayının rayonun Təzəkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Bakı şəhər sakini Müzəffərli Əsma Pərviz qızı Kür çayının kənarında şəkil çəkmək istəyərkən ehtiyatsızlıq edib və suya düşərək boğulub.

Hadisə yerinə dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin daığıc-axtarış qrupunun əməkdaşları cəlb olunub.

Hazırda onun meyitinin tapılması istiqamətində işlər davam etdirilir.

Fakt araşdırılır.

About Author