Rusiyanın Xabarovsk diyarında “KAMAZ”ın aşması nəticəsində 5 nəfər ölüb.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.
“İlkin məlumatlara görə, “KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, – məlumatda diqqətə çatdırılıb.
Avtomobildəkilər rayon müəssisələrindən birinin işçiləri olub. Qəza nəticəsində sürücü və 4 sərnişini (1968, 1978, 1989, 1992-ci il təvəllüdlü) təcili yardım gələnə kimi ölüb.