“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb

Azərbaycanda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üçün hazırlanmış “AzParking” mobil tətbiqini indiyə qədər 69 min 990 nəfər yükləyib.

AYNA-dan  bildirilib ki, yeniliyin tətbiq olunduğu 3 həftə ərzində (7-27 avqust) 2 min 816 nəfər balansın artırılması əməliyyatı həyata keçirib.

About Author