XƏBƏRLENTİ

xeberlenti.com

İsveç zorakı ekstremizmlə mübarizə üçün qurumlararası koordinasiyanı gücləndirəcək

Qurumlararası əməkdaşlığın gücləndirilməsi İsveç hökumətinə cəmiyyətdə radikallaşma və zorakı ekstremizmlə daha effektiv mübarizə aparmağa imkan verəcək.

Bu barədə ölkənin ədliyyə naziri Qunnar Strömmer bildirib.

“Terrorçular və zorakı ekstremizm tərəfdən sui-qəsd təhlükəsi artıb. Hökumət zorakı ekstremizmin radikallaşması və yayılmasının qarşısını almaq məqsədilə Cinayətin Qarşısının Alınması Şurasının Zorakı Ekstremizmə Qarşı Mübarizə Mərkəzinə qurumlararası əməkdaşlığı gücləndirmək tapşırığı verib”, – o deyib.

Mərkəz qurumlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, regional və yerli səviyyələrdə koordinasiyanı inkişaf etdirəcək, həmçinin hakimiyyət orqanları ilə dini icmalar arasında dialoqu gücləndirəcək.

About Author