Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib.
O feysbuk səhifəsində bu barədə paylaşım edib.
Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib.
“Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!”, – o yazıb.
Qeyd edək ki, Reznikovun yerinə krımtatar əsilli Rustem Umerovun müdafiə naziri təyin olunacağı barədə Ukrayna prezidenti Volodimir Zelenskinin açıqlaması var.