XƏBƏRLENTİ

xeberlenti.com

Ana Vətən Partiyası qeydə alındı

Ədliyyə nazirliyi tərəfinfən Ana Vətən Partiyasının 4 sentiyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyata alınmagımız  ciddi məsuliyyət  deməkdir”.

Bunu Ana Vətən Partiyasının sədri Fəzail Agamalı deyib. O, partiyanın ƏN-də qeydə alınmasını şərh edərək bildirib:

“Ölkə prezidenti cənab İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir. Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan “Siyasi partiyalar haqqında” qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir”.

About Author