Qarabağ”ın üç əcnəbi futbolçusu öz ölkələrinin yığmasına dəvət alıb.
Ağdam təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Marko Yankoviç sentyabrın 7-də Litva, 10-da isə Bolqarıstanla qarşılaşacaq Monteneqro millisinə çağırılıb.
Kabo-verdeli hücumameyilli yarımmüdafiəçi Leandro Andrade Afrika Millətlər Kubokunun seçmə mərhələsində sentyabrın 10-da Toqo millisi ilə matç üçün yığmaya dəvət olunub.
Qapıçı Luka Quqeşaşvili isə Gürcüstan millisinə çağırılıb. Onun komandası AVRO-2024-ün seçmə mərhələsində sentyabrın 8-də İspaniya, 12-də isə Norveçlə qarşılaşacaq.