XƏBƏRLENTİ

xeberlenti.com

Azərbaycan səfiri Kiyev meri ilə danışıqlar apardı

Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Kiyevin meri Vitali Kliçko ilə görüşüb.

Bu barədə azərbaycanlı diplomat “Twitter” hesabında bildirib.

“Bu gün Kiyevin meri Vitali Kliçko ilə görüşməyə şad oldum. Azərbaycan və Kiyev arasında əməkdaşlığın, eləcə də qardaş şəhərlər Bakı və Kiyev arasında tərəfdaşlığın gücləndirilməsi üzrə məhsuldar fikir mübadiləsi apardıq. Mənə göstərilən səmimi qonaqpərvərliyə görə mer Kliçkoya minnətdaram”, – diplomat qeyd edib.

About Author