“Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərinə görə, məktəblərdə 9-cu sinifdə qızların sayı normal olsa da, 11-ci sinifdə onların sayı kəskin azalır”.
Bunu təhsil eksperti Elmin Nuri deyib. Onun sözlərinə görə, 2009-cu ildə “Təhsil haqqında” qanunda 9 illik icbari təhsillə bağlı dəyişiklik edilməsi bu məsələdə vəziyyəti müsbətə doğru bir xeyli dəyişdirib:
“Lakin icbari təhsil müddətindən, yəni 9-cu sinfi bitirdikdən sonra qızların təhsildən yayındırılma halları hələ də qalmaqdadır. Dövlət İmtahan Mərkəzinin tələbə qəbulunun elmi-statistik təhlillərində bu fakt öz rəsmi təsdiqini tapmış olur. Elm və təhsil naziri Emin Əmrullayev çıxışlarının birində Azərbaycanda qız uşaqlarının 90%-dən çoxunun hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bildiyini qeyd edib”.