XƏBƏRLENTİ

xeberlenti.com

TBMM sədri: “Dünya ictimaiyyəti öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını görməzdən gəlib”

“Qarabağın Ermənistanın işğalından necə azad olunduğunu hər kəs bilir. Beynəlxalq ictimaiyyət öz maraqları naminə 30 il ərzində Ermənistanın işğalını görməzdən gəlib”.

Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyasının yüz ili: Siyasi, iqtisadi əlaqələrdə yeni yol modeli” adlı konfransda deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və Türkiyənin dəstəyi ilə 30 illik işğala son verilib:

“Azərbaycan öz işini özü gördü. Qarabağ azad olundu. İnşallah, qarşıdakı dövrdə isə Qarabağ abad olacaq”

About Author