Türkiyənin “Sabah” qəzeti yazır ki, gəmilər yaxın günlərdə dəqiqləşdirilən qrafiklə Tuapse və Novorossiysk limanlarında taxıl yükləyə biləcəklər.
Ehtiyacı olan Afrika ölkələrinə tədarük üçün nəzərdə tutulan Rusiya taxılının Tuapse və Novorossiysk limanlarında yüklənmiş 40 gəmi ilə daşınması planlaşdırılır. Cədvəl yaxın günlərdə dəqiqləşdiriləcək.
Bu barədə cümə günü “Sabah” qəzeti mənbələrə istinadən yazıb.
Rusiya və Türkiyə 1 milyon ton taxıl tədarükü ilə bağlı prinsipial razılığa gəliblər. Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Aleksandr Qruşko bir müddət əvvəl bildirib ki, yaxın gələcəkdə texniki detalların işlənib hazırlanmasına başlanılacaq.