XƏBƏRLENTİ

xeberlenti.com

ERMƏNİSTAN AZƏRBAYCANLA SƏRHƏDƏ QOŞUN YIĞIR

Xəbər verdiyimiz kimi Ermənistanın müdafiə naziri Suren Papikyan yunan Kiprinə səfərini ləğv edib. Buna səbəb kimi Azərbaycanla sərhəddə vəziyyətin gərginləşməsini göstərib. Dünəndən başlayaraq Ermənistan mediası İrəvandan sərhədə doğru irəliləyən hərbi kalonun görüntülərini də yayıb. 

Bütün bunlar Paşinyan başda olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan hücum edəcək” iddiaları fonunda baş verir. Aydın görünür ki, rəsmi İrəvan Bakıdan beynəlxalq müstəvidə şikayət etmək üçün sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlara hazırlaşır.

Hərbi mənbələrə istinadən yayılan məlumatlar da bu yöndədir. Publika.az-ın məlumatına görə, Ermənistanın Azərbaycanla şərti sərhəddə 1,2,3 və 4-cü hərbi korpusları fəal şəkildə gücləndirir. Həmçinin son həftələr İran ərazisindən zirehli texnika və artilleriya mərmilərinin hərbi birləşmələrə çatdırılması barədə məlumatlar var.

Baş verənlər sərhəddə yeni eskalasiya gözləntisini artırır. Və bu sual önə çıxır: Ermənistan hansı istiqamətlərdə təxribatlara əl ata bilər?

Bununla bağlı 4 istiqamətin ola biləcəyi ehtimalı daha böyükdür.

Birincisi, Kəlbəcər istiqaməti: Ermənistan 2021-ci ildən başlayaraq, Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan sərhəd xəttində daha üstün mövqelərə nail olmağa can atır.;

İkincisi, Sədərək istiqaməti: Arazdəyəndə ABŞ investisiyası ilə zavod inşa edən İrəvanın bu istiqamətdə baş verəcək eskalasiyada Vaşinqtonun reaksiyasına nail

About Author