Şimali Koreyada ilk dəfə taktiki nüvə silahı ilə təchiz edilmiş müasir sualtı qayıq suya buraxılıb.
Qayığın suya buraxılma mərasimində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In də iştirak edib.
O, Şimali Koreyanın mövcud ağır sualtı qayıqlarını modernləşdirərək bu cür silahlarla təchiz etmək niyyətində olduğunu bildirib
Mərasim sentyabrın 9-da qeyd olunan KXDR-in yaranma Günü ərəfəsində keçirilib.