Şimali Afrika ölkəsi Mərakeşdə 1960-cı ildən bəri baş verən ən şiddətli zəlzələdə ölənlərin sayı 2122 nəfərə çatıb. Ölkənin Daxili İşlər Nazirliyi ən azı 2421 nəfərin yaralandığını, o cümlədən 1404 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. Episentri Mərakeş olan 6,8 bal gücündə zəlzələdən ən çox zərər çəkmiş bölgələrin dağlıq kəndlər olduğu, axtarış-xilasetmə işlərini çətinləşdirdiyi, can itkisinin arta biləcəyi bildirilib. Mərakeş kralı VI Məhəmməd 3 günlük milli matəm elan edib. Beynəlxalq Qırmızı Xaç Təşkilatı zərərin aradan qaldırılmasının aylar çəkəcəyini təxmin etdiklərini açıqlasa da, dünyanın bir çox ölkəsindən yardım təklifləri gəlib.
Türkiyə komanda göndərməyə hazırdır.
İspaniyanın xarici işlər naziri Jose Manuel Albares, Mərakeşdən rəsmi yardım tələbi aldıqlarını və axtarış-xilasetmə qrupunun göndərildiyini açıqladı. Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd olunub ki, 56 nəfər və 4 axtarış-xilasetmə itindən ibarət komanda Mərakeşə getmək üçün yola düşüb.
Prezident Rəcəp Tayyib Ərdoğan, “6 ay əvvəl əsrin fəlakətini yaşayan bir ölkə olaraq Mərakeşli qardaşlarımıza bütün imkanlarımızla kömək etməyə hazırıq” dedi. Türk Qızıl Aypara Cəmiyyəti sosial media hesabında beynəlxalq yardım çağırışı olacağı təqdirdə 265 personalın bölgəyə getməyə hazır olduğunu açıqlayıb.
Əlcəzair hava sərhədini açıb.