XƏBƏRLENTİ

xeberlenti.com

ABŞ-ın Sakit okeanında, Havay arxipelaqında Kilauea vulkanı aktivləşib

ABŞ-ın Sakit okeanında, Havay arxipelaqında Kilauea vulkanı aktivləşib. ABŞ Geoloji Araşdırmalar Təşkilatının (USGS) verdiyi açıqlamada dünən günortadan sonra aktivləşən vulkanda lava axınının krater dibi ilə məhdudlaşdığı bildirilib. Qeyd edilib ki, Havay adalarının ən aktiv vulkanı olan Kilauea vulkanının krater döşəməsinin səthində lava axınları nəticəsində çatlar əmələ gəlib. Havay Fövqəladə Hallar İdarəsi vulkandan gələn lava təhlükəsinin yerli əhali üçün təhlükə yaratmadığını bildirərkən, vulkan qazı və parçalarının tənəffüs problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıqlar edilib.

Bundan əlavə, bu ilin yanvar və iyun aylarında da aktivləşən Kilauea vulkanı üçün xəbərdarlıq rəng kodu narıncıdan qırmızıya artırılıb.

 

About Author