XƏBƏRLENTİ

xeberlenti.com

Səfir: Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin inkişafında mühüm amil olacaq

Orta Dəhlizin potensiallı gündən-günə artır, Zəngəzur dəhlizinin açılması isə onun gələcək inkişafı və genişlənməsində mühüm amil olacaq.

Bu fikirləri Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Bakıda “Azərbaycan və Qazaxıstan arasında münasibətlər Qazaxıstan Prezidentinin xalqa müraciəti prizmasından” mövzusunda keçirilən dəyirmi masadakı çıxışında söyləyib.

Diplomatın sözlərinə görə, Orta Dəhliz layihəsi təkcə region ölkələrinin deyil, həm də xarici investorların diqqətini cəlb edir.

Səfir vurğulayıb ki, iqtisadi-ticari əməkdaşlıq üzrə hökumətlərarası komissiya Azərbaycan və Qazaxıstan arasında ikitərəfli münasibətlərdə mühüm rol oynayır. O əlavə edib ki, komissiyanın növbəti iclasının bu ay keçirilməsi nəzərdə tutulur.

About Author