XƏBƏRLENTİ

xeberlenti.com

Ceyhun Bayramov BQXK-nin prezidenti ilə regiondakı son vəziyyəti müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Mirjana Spolyariç Egger ilə görüşüb.

Bu barədə Azərbaycan XİN-in “X” hesbaında paylaşım edilib.

Görüşdə regiondakı son vəziyyət fonunda Azərbaycan ilə BQXK arasında əməkdaşlığın hazırkı vəziyyəti, o cümlədən çağırışlar və gələcək perspektivlər müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov Cenevrədə işgüzar səfərdədir.

About Author