XƏBƏRLENTİ

xeberlenti.com

Liviyada sel fəlakəti: ölənlərin sayı 3 min nəfəri keçib

Liviyanın şərqindəki “hökumətin səhiyyə naziri” Osman Abdulcəlil daşqınlar nəticəsində ölkədə 3 mindən çox insanın həlak olduğunu bildirib.

Daha minlərlə insanın itkin düşdüyü ehtimal edilir.

Liviya Prezident Şurası qardaş ölkələri və beynəlxalq qurumları sel fəlakətinin nəticələrini aradan qaldırmağa kömək etməyə çağırıb. Ölkənin Milli Birlik Hökuməti isə dünən keçirdiyi fövqəladə iclasda fəlakətdən zərər çəkmiş bölgələrə yardım göstərilməsi də daxil olmaqla, bir sıra qərarlar qəbul edib.

Bildirilir ki, ölkənin şərq rayonlarına düşən yağıntının miqdarı son 40 ildən çox müddətdə qeydə alınan ən yüksək göstəricidir.

 

About Author