“Ağdam-Əsgəran yolunun açılması mühüm addımdır”.
Bu barədə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin sözçüsü Yekaterina Kasinjin bəyanatında deyilir.
O bildirib ki, sözügedən addım Laçın dəhlizinin də fəaliyyətinin bərpa edilməsinə töhfə verməlidir.
Kasinj bu xüsusda Rusiya Qızıl Xaç Cəmiyyətinin yardımının dünən Ağdam-Əsgəran marşrutu ilə hərəkətini vurğulayıb: “Bu addımla bağlı bütün həssaslıqları anlayırıq və bunun yerli əhaliyə müntəzəm humanitar yardım çatdırılmalarının bərpası üçün impuls yaradacağını gözləyirik”.