XƏBƏRLENTİ

xeberlenti.com

Separatçılar Ağdam istiqamətində təxribata cəhd etdi – Ordumuz qarşısını aldı

Ağdam istiqamətində qeyri-qanuni erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 13-ü saat 12:20 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətindəki döyüş mövqeləri intensiv atəşə tutulub.

Qeyd edilib ki, bölmələrimiz tərəfindən zəruri tədbirlər görülüb.

About Author