Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 13 sentyabr 2023-cü il tarixlərində Abşeron rayon Heydər Əliyev Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni açıq elan etdi və tədbir iştirakçılarını salamdı. Layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri Rauf Zeyni layihənin əsas məqsəd və əhəmiyyətini əks etdirən slayd-təqdimat etdi. ictimai nəzarət və iştirakçılığın önəmini vurğuladı və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış etdi. Tədbirdə iştirak edən Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, Abşeron rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vüqar Bəşirov, “Müasir İnternet Resurslarının İnkişafı” ictimai birliyinin sədri Zamin Zeynalov, “Qaçqın və Deportasiya Olunmuşlara Dəstək” İctimai birliyinin sədri Oqtay Sadıqov, “Əmək, Müharibə və Silahlı Qüvvələri veteranları” İctimai birliyinin Abşeron təşkilatı sədri Qabil Qocayev, “İstedadlı Əlillər” ictimai birliyinin sədri Qubad Qasımov, “Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi” İctimai birliyinin Abşeron rayon təşlilatı sədri Saleh Hacıyev, “Ahıl, Ziyalılara Qayğı” İctimai birliyinin Abşeron rayon təşkilatı sədri Qorxmaz Əliyev və başqaları ictimai müzakirədə iştirak edərək cəmiyyətdə olan aktual problemlər və bu problemlərdən çıxış yolu olaraq təkliflərlə çıxış etdilər. Qaldırılan hər bir məsələ haqqında geniş müzakirə aparıldı və suallara cavab verildi, tədbirdə qaldırılan aktual məsələlər təşkilatımız tərəfindən qeydə alındı və hər bir problem aidiyyatı üzrə müvafiq yerlərə yönləndiriləcək.