XƏBƏRLENTİ

xeberlenti.com

“Azərsu” ASC-nin abonentlərinin sayı 4,5% artıb

Son 1 ildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti abonentlərinin sayı 4,5%, 2023-cü ilin əvvəlindən isə 3,4% artıb.

Xeberlenti.com  Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, 01 sentyabr 2023-cü il tarixinə ölkə üzrə 1808538 abonent içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Abonentlərin 1736490 və ya 96%-i əhali, 72048 və ya 4%-i isə qeyri-əhali qrupu abunəçiləridir.

Abonent sayında artım yeni layihələrin icrası nəticəsində istehlakçıların mərkəzləşdirilmiş içməli və tullantı su şəbəkələrinə qoşulması, yeni tikilmiş fərdi yaşayış evləri sahiblərinin texniki şərt alaraq abonent kimi qeydiyyata düşməsi, həmçinin içməli su və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarının aşkarlanaraq qeydiyyata alınması hesabına baş verib.

01 sentyabr 2023-cü il tarixinə abonentlərin 89,3%-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 89,1%, qeyri əhali qrupu üzrə isə 95,5% təşkil edir.

About Author