XƏBƏRLENTİ

xeberlenti.com

Sumqayıtda ictimai müzakirə keçirilib

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 12 sentyabr 2023-cü il tarixlərində Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində “Regionlarda ictimai iştirakçılığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi” layihəsi üzrə ictimai müzakirə keçirilib.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması yolunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbiri Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzinin sədri, layihə rəhbəri Rauf Zeyni açıq elan etdi və tədbir iştirakçılarını salamdı. Layihənin maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Layihə rəhbəri Rauf Zeyni layihənin əsas məqsəd və əhəmiyyətini əks etdirən slayd-təqdimat etdi. ictimai nəzarət və iştirakçılığın önəmini vurğulaydı və cəmiyyətin bu yöndə maarifləndirilməsi istiqamətində çıxış etdi. Tədbirdə iştirak edən millət vəkili Müşfiq Məmmədli, Sumqayıt şəhər İctimai Şuranının sədri Hümbət Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sumqayıt, Abşeron və Xızı üzrə imamı Hacı Rauf, layihə üzrə ekspert, “İnkişafa və İslahatlara Dəstək” ictimai birliyinin sədri Ramil Əliyev, Sumqayıt şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Mehriban Nəcəfova, Sumqayıt Ağsaqqalar şurasının sədri Təbrik Quliyev və tanınmış ziyalılar Ofeliya Babayeva, Vaqif Qəhrəmanov, “Mədəni İnkişafın Təbliği” ictimai birliyinin sədri Xatirə Fərəcli, AMEA-nın elmi işçisi Elyar İsmayıloğlu, Qərbi Azərbaycan İcmasının nümayəndəsi Cəmilə Fəyyaz və başqaları ictimai müzakirədə iştirak edərək cəmiyyətdə olan aktual problemlər və bu problemlərdən çıxış yolu olaraq təkliflərlə çıxış etdilər. Qaldırılan hər bir məsələ haqqında geniş müzakirə aparıldı və suallara cavab verildi, tədbirdə qaldırılan aktual məsələlər təşkilatımız tərəfindən qeydə alındı və hər bir problem aidiyyatı üzrə müvafiq yerlərə yönləndiriləcək.
Sonda xatirə şəkli çəkildi.

About Author