Ermənistanın Şörəyel mahalının Getk kəndində (ermənilər Şirak vilayəti adlandırır) valideynlər və məktəblilər avtomobil yolunu bağlayıblar.
Onlar kənd təhsil müəssisələrinin birləşdirilməsinə etiraz edirlər. Qeyd edək ki, sentyabrın 14-də Ermənistanın müxtəlif bölgələrindən, o cümlədən İrəvandan olan müəllimlər paytaxtda hökumət binasının qarşısında etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının dərs yükünə uyğun artırılmasını, təhsil sistemində maddi-texniki bazanın yaxşılaşdırılmasını tələb ediblər.Bir müddət əvvəl isə İrəvanda ali məktəblərin tələbə və müəllimləri universitetlərin birləşməsinə etiraz aksiyası keçiriblər.