Füzulidə yol qəzasında həlak olan polislərin adları dəqiqləşdirilib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, sentyabrın 19-da Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində həyatını itirən polis əməkdaşının Həsənov Elşən Mehman oğlu yox, Məmmədov Rasim Oktay oğlu olması müəyyən edilib.Ötən gecə Füzuli rayonunda yol qəzasında və ermənilərin Xocavənddə törətdiyi terror aktı nəticəsində həlak olan polis əməkdaşlarının fotoları yayılıb.
Bu barədə DİN məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlayıb, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
Sentyabrın 19-da saat 01 radələrində Füzuli rayonu ərazisində baş verən yol qəzasında isə polis əməkdaşları Ələsgər Əsgərov, Elşən Həsənov, Seyfi Abdullayev həlak olublar.