XƏBƏRLENTİ

xeberlenti.com

Rusiyalı ekspert: “Azərbaycanın antiterror tədbirləri keçirməsi tam qanunauyğundur”

Azərbaycanın Qarabağda anti-terror tədbirləri həyata keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur. Heç bir entik təmizləmədən söhbət gedə bilməz, çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir”.
Bunu Moskva müxbirinə müsahibəsində Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.

Ekspertin sözlərinə görə, baxmayaraq ki, dünya ölkələri bütün məsələlərin sülh yolu ilə həll olunmasına cağırırlar, amma Azərbaycanın Qarabağda antiterror əməliyatı keçirməsi bütün dünya ictimaiyyəti tərəfindən anlayışla qəbul olunur: “Hamı başa düşür ki, Qarabağ Azərbaycandır, Azərabycan Qarabağın bütün ərazisində konstutusiya quruluşunu tam bərpa etmək hüququna malikdir. Hamı Ermənistanın danışıqlar aparmaq qabiliyyətinə malik olmadığını da yaxşı anlayır. Lakin bir neçə ölkə, Fransa, ABŞ və onun müttəfiqləri özlərini elə göstərir ki, güya Ermənistanla nədəsə razılaşmaq olar. Onlar bunu Ermənistanın Rusiyadan Qərbə tərəf üz döndərməsi üçün edirlər”.
Markovun fikrincə, Azərbaycanın antiterror tədbirləri keçirməsinin əsaslarından biri də Ermənistanın Soçi razılaşmalarını kobud şəkildə pozmasıdır: “Bu sənəd erməni silahlı birləşmələrinin Qarabağdan tam şəkildə çıxarılmasını, regionun demilitirizasiyasını tələb edirdi. İndi Qarabağ ərazisində Azərbaycan ordusu ilə döyüşən kimlərdi? Onlar məhz həmin erməni silahlı birləşmələridir, hansı ki, hələ də regiondan çıxarılmayıb. Bundan başqa Soçi razılaşması həm də regionda nəqliyyat dəhlizlərinin, Azərbaycan üçün önəmli olan Zəngəzur dəhlizinin açılmasını tələb edirdi. Bütün bu razılaşmalara Ermənistan tərəfi əməl etməyib. Üstəlik də, Paşinyan təxribatçı açıqlamaları… İkinci Qarabağ müharibəsi zamanı da o, bunu etmişdi. Ona görə də, hər kəs dəqiq anlayır ki, Azərbaycanın fəaliyyəti qanunauyğundur. İndi Azərbaycan hava hücumundan müdafiə sistemlərinə, rabitə sistemlərinə və hərbi qərargahlara zərbələr endirir. Ermənistan hava hücumundan müdafiə sistemləri məhv ediləndən sonra Azərbaycan aviasiyası Qarabağdakı erməni hərbi obyektlərinə zərbə endirməyə başalayacaq. Daha sonra isə Azərbaycan ordusu həmin ərazilərə sakitcə daxil olacaq. Dünyada yaxın gələcək bu cür qəbul olunur. Çoxluq hesab edir ki, Azərbaycan bir həftə ərzində Qarabağ ərazisində tam nəzarəti həyata keçirəcək. Heç bir etnik təmizləmə olmayacaq. Çünki Azərbaycan sivil və inkişaf etmiş dövlətdir. Qarabağın erməni milliyyətindən olan sakinləri Azərbaycan cəmiyyətinə sakitcə inteqrasiya ola biləcəklər. Təkcə, hərbi cinayətlərdə, insanlığa qarşı cinayətlərdə, o cümlədən birinci Qarabağ müharibəsində iştirak edənlərdən başqa… Hesab edirəm ki, onların hamısı çoxdan Qarabağdan qaçıblar”, deyə rusiyalı ekspert yekunlaşdırıb.

About Author