Rusiyanın Voronej vilayətində “Su-34” qırıcısı qəzaya uğrayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“20 sentyabr 2023-cü ildə Voronej vilayətində “Su-34” təyyarəsi planlaşdırılmış təlim uçuşu zamanı qəzaya uğrayıb. Təyyarədəki iki nəfər katapult edib. Onların sağlamlığı üçün heç bir təhlükə yoxdur”, – Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Təyyarə əhalinin məskunlaşdığı ərazilərdən uzaqda qəzaya uğrayıb. Heç bir dağıntı yoxdur. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. O da qeyd edilib ki, qəzaya səbəb texniki nasazlıq ola bilər.