XƏBƏRLENTİ

xeberlenti.com

Məğlub nümayəndə heyəti meydanın mərkəzinə dəvət edildi

Millət vəkili İlham Məmmədov Ordumuzun 19 sentyabr 2023-cü il tarixdə Qarabağ ərazisində dislokasiya olunmuş keçmiş qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarının törətdiyi təxribatlara cavab olaraq keçirdiyi lokal anti-terror tədbirləri ilə bağlı maraqlı açıqlama verib.

“Hesab edirəm ki, bu məğlubiyyət ermənilərin son biabırçı məğlubiyyəti və onların havadarlarının isə son oyun tamaşası idi. Düşünmürəm ki, bu gündən sonra hansısa ağılsız, ermənilərin küçə səviyyəsində formalaşmış futbol oyununa maraq göstərib bilet alsın. Çünki bu dəfə son oyun yerləşdiyi coğrafi və strateji mövqeyinə görə ölkəmizin mərkəzində, dəli Kür qoynunda yerləşən Yevlax şəhərində keçiriləcək. Necə deyərlər: “Ordumuzun döyüş meydanında vurduğu möhtəşəm qoldan sonra separatçı düşmənin məğlub nümayəndə heyəti son danışıqlar üçün Yevlaxa, meydanın mərkəzinə dəvət edilib”. Burada əlində ağ bayraqlar olan separatçı düşməni, hakim və qalib ölkəmiz qırmızı kartlarla gözləyir. Hakim də bizik, həkim də! Burada nə əsas, nə də yan hakimlər fitnəyə uyub nə qərəzli 11 metrə təyin edə bilərlər, nə də nəfəslərini çəkib artıq fit çala bilərlər. Məsələ bu qədər sadədir!

Düşünürəm ki, mənim ironiya ilə deməyə çalışdığım fikirlər erməniləri və onların havadarlarını yuxuda da olsa otuz il əvvələ aparacaq. Çünki, bir zamanlar var idi ki, onlar iddia edirdilər ki, lazım gəlsə biz birbaşa Yevlaxa qədər gələcəyik. Budur, “onlar öz arzularına çatdılar”, onlar gəlirlər, ancaq başlarında dəmir yumruq, əllərində ağ bayraq, üzlərində qara ləkə, – Deyə İlham Məmmədov bildirib.

About Author