Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin mətbəxində 1 ədəd qaz sobası və 1,5 p.m mebel yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.