XƏBƏRLENTİ

xeberlenti.com

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları sonuncu gündə bir medal qazanıblar –

Azərbaycanın bir cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqənin sonuncu günündə bürünc medal qazanıb.

100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev fəxri kürsüyə qalxmağa müvəffəq olub.

90 kq-dakı Murad Fətiyev və 100 kq-dan yuxarı çəkidə İmran Yusifov medal görüşündə uduzublar.

Azərbaycanın daha 10 cüdoçusu Bakıda keçirilən Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

Yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşangi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxacaq.

90 kq

Murad Fətiyev – Srcan Mrvalyeviç (Monteneqro)
Elcan Hacıyev – Aleksandr Sidoruk (İJF)
Əjdər Bağırov – Yermakhan Anuarbekov (Qazaxıstan)
Musa Hüseynli – Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi

100 kq

Ruslan Nəsirli – Zlatko Kumriç (Xorvatiya)
Zelim Kotsoyev – Matias Madsen (Danimarka)

+100 kq

İmran Yusifov – Kamzat Saparbayev (Fransa)
Rəşid Məmmədəliyev – Juscelino Nasimento (Braziliya)
Uşangi Kokauri – Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya)
Ramazan Əhmədov – Tamerlan Başayev (İJF)

Qeyd edək ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.

About Author