XƏBƏRLENTİ

xeberlenti.com

İcma sədri: Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir

Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” mövzusunda ictimai dinləmədə çıxışı zamanı edib.

“Qaçqınların və məcburi köçkünlərin statusu haqqında Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun 1999-cu il mayın 21-də Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanıb. Artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. Həm bu səbəbdən, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğunlaşdırmaq baxımından elə hesab edirəm ki, bu qanuna yenidən baxılmalı, Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında ayrıca qanun qəbul edilməlidir”, – İcma sədri əlavə edib.

About Author